Bununla razılaşmırsınızsa... | Paşinyanın bu görüşü ciddi nəticələrə səbəb olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin siyasəti ilə razılaşmayan səfirləri istefaya çağırıb.
Bu barədə erməni mediasında məlumat paylaşılıb.
Bildirilib ki, N.Paşinyan hökumətin siyasətini dəstəkləməyən xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərini tənqid edərək “xoşu gəlməyən istefa versin” deyib.
Xəbərə görə, o, bu bəyanatı İrəvanda baş tutan Ermənistan səfirləri ilə görüşdə deyib.
Ehtimal edilir ki, yaxın günlərdə bir sıra səfirlər ya N.Paşinyanın göstərişi ilə, ya da öz istəkləri ilə geri çağırıla bilərlər.
Xatırladaq ki, N.Paşinyanın diplomatlarla görüşü avqustun 26-da başlayıb və iki gün davam edib. İddialara görə, bu görüşün nəticələri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin tərkibində ciddi dəyişikliklərə səbəb olacaq.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
