Pleyeri seçin:

Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

21 noyabr 2024 703 baxış

"Macquarie" Universitetinin avstraliyalı tədqiqatçıları Misir qayaüstü sənətinə aid mühüm kəşf ediblər.

Məlum olub ki, El-Xoş bölgəsindəki petroqliflərdən biri Oğlaq bürcünü təmsil edir. Bürc simvolunu əks etdirən petroqlifin tapılması unikaldır, çünki əvvəllər Misir qayaüstü sənətində belə təsvirlərə rast gəlinməyib.

Tədqiqatçılar bu simvolun astrologiya ilə əlaqəli olduğunu deyir və düşünürlər ki, bu, mühüm mifologiya elementidir.

Petroqlifi aşkar etmək və öyrənmək üçün alimlər El-Xoş ərazisində çöl işləri aparıblar. Mütəxəssislər ətraflı təhlildən sonra təsvirin Oğlaq bürcünə aid olduğu qənaətinə gəliblər. Tapıntı bürclərin tarixinin öyrənilməsi və Misir mədəniyyəti haqqında yeni informasiya baxımından əhəmiyyət kəsb edir.

Tədqiqatçılar qeyd edirlər ki, Oğlaq bir simvol olaraq Şumer tanrısı Enki və onun Mesopotamiyadakı sonrakı təzahürləri ilə əlaqələndirilib, zodiak ideyaları Yunanıstan və Roma vasitəsilə Misirə nüfuz etmiş ola bilər.

Amma aşkar edilmiş təsvirdə Oğlaq bürcünün düz quyruğu onu sonrakı Roma versiyalarından fərqləndirir. Bu isə alimlərə petroqlifi eramızın II əsrindən əvvəlki dövrə aid etməyə imkan verir. Bundan əlavə, El-Xoşda yunan-Roma motivli qayaüstü incəsənətin başqa nümunələri də tapılıb.

Banner
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 703 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 703 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 703 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 703 baxış
Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Dünya
21 noyabr 2026 703 baxış
Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Dünya
21 noyabr 2026 703 baxış
3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

Dünya
21 noyabr 2026 703 baxış
Həkimlər ən zərərli qidaları açıqladı

Həkimlər ən zərərli qidaları açıqladı

Dünya
21 noyabr 2026 703 baxış
Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Dünya
21 noyabr 2026 703 baxış
ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Dünya
21 noyabr 2026 703 baxış
Seçilmişlər
icon