Casus proqramından istifadə edən ölkələr | Bu məlumatlar İsrailə ötürülsəydi...
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa xüsusi xidmət orqanlarının İsraildən aldığı “Pegasus” casus proqram təminatı ölkədə 578 siyasətçinin telefonlarının dinlənilməsi üçün istifadə edilib.
“Rzeczpospolita” qəzetinin məlumatına görə, polşalı siyasətçilər haqqında əldə edilən məlumatların bir hissəsi İsrailə ötürülə bilərdi. Bu baxımdan 2025-ci ilin ortalarında sözügedən casus proqramının təminatının istifadəsini araşdıran dövlət komissiyasının fəaliyyəti dayandırıla bilər.
Belə olan halda sual meydana çıxır. Dövlət əhəmiyyətli məlumatların sızdırılması halları baş verməsin deyə bu proqramlarda məxfilik siyasəti, məlumatların qorunması necə olmalıdır? Analitik Yeganə Hacıyeva mövzu ilə bağlı bildirib ki, bir çox ölkələr “Pegasus” tipli proqramların istifadəsi barədə həyəcan siqnalı çalsa da, istər yerli, istərsə də beynəlxalq qanunvericilik səviyyəsində cəza sanksiyaları tətbiq edilmir:
“Həm yerli, həm də beynəlxalq səviyyədə hüquqi sanksiyalar qanunvericilikdə öz əksini tapmadığı halda proses davam edəcək və daha ciddi itkilərə səbəb olacaq”.
Bu məqamda xüsusi vurğulanmalı məsələ odur ki, Polşa və digər hökumətlər “Pegasus” və digər proqramlardan istifadəni açıq bildirir. Burada izlənilmə xəbərdarlıq edilmədən aparılmır.
Məsələn, Polşada bu izlənmə və ya dinlənmə proqramı ölkənin Mərkəzi Antikorrupsiya Bürosunun təşəbbüsü ilə alınıb, əldə edilən məlumatlardan Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və polis də istifadə etməyə başlayıb.
“Pegasus” casus proqramının sahibi olan NSO Group da bildirir ki, onlar hökumətlərə terror və cinayətkarlıqla mübarizə aparmağa kömək edən texnologiya təqdim edir. Ötürülən məlumatlar əsasında ölkələr milli təhlükəsizliklə bağlı araşdırmalar aparır. Belə olan halda polşalı siyasətçilər haqqında əldə edilən məlumatlar ölkənin özünə qarşı da istifadə edilə bilər. Bir misal, Polşanın keçmiş baş prokuroru və ədliyyə naziri Zbiqnev Zebro casusluq işi üzrə dindiriləcək. Varşava Rayon Məhkəməsi məlumat yayıb ki, o, “Pegasus” casus proqramından qeyri-qanuni istifadə ilə bağlı sorğu-sual ediləcək. İşə Avropa İnsan Haqları Məhkəməsi baxacaq. Deməli, məsələnin daha böyük, siyasi tərəfi meydana çıxır.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
