Cəbhə xəttində vəziyyət gərginləşdi | Rusiya Ordusu bu ərazini bombaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya qüvvələri Zaporojyeyə növbəti hücum əməliyyatı həyata keçirib.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.
O bildirib ki, zərbələr nəticəsində ən azı 6 nəfər yaralanıb, mağazaya və yaxınlıqdakı evlərə ziyan dəyib.
Rusiya qüvvələri Pokrovsk bölgəsində Ukrayna müdafiəsini yarmaq cəhdlərini davam etdirir. Düşmən bütün qüvvələrini səfərbər edib.
Belə bir açıqlama ilə isə Ukrayna Milli Qvardiyasının “Rubej” briqadasının mətbuat katibi Maksim Taran çıxış edib.
O qeyd edib ki, ruslar müxtəlif kateqoriyalı piyada, artilleriya, yüngül və ağır zirehli texnikalardan istifadə edirlər, həmçinin KAB-la zərbələr endirir.
"Biz bu taktikanı 2024-cü ildə Xarkov vilayətini müdafiə edərkən gördük. O vaxt düşmən bizim müdafiəni yara bilmirdi və mövqelərimizə KAB aviabombası ilə zərbə endirirdi", ‒ deyə Maksim Taran əlavə edib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
