Pleyeri seçin:

Cenevrədə keçirilən ABŞ-İran danışıqları barədə detallar

27 fevral 2026 443 baxış

Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında nüvə danışıqları başa çatıb.

Bu barədə "Axios" məlumat yayıb. Qeyd olunub ki, danışıqlar üç saat davam edib.

Eyni zamanda İranın "Mehr" agentliyi danışıqların bu gün daha sonra davam edəcəyini bildirib.

"Cenevrədə biz kreativ və pozitiv ideyalar mübadiləsi apardıq. İndi amerikalı və iranlı danışıqçılar fasiləyə çıxıblar. Biz onları bu gün daha sonra bərpa edəcəyik. Daha böyük irəliləyiş əldə etməyə ümid edirik", – deyə Omanın xarici işlər naziri Bədr Əl-Busaidi bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai isə öz növbəsində bildirib ki, Hər hansı bir razılaşma ilk növbədə ədalətsiz sanksiyaların ləğvini təmin etməlidir.

Bəqai vurğulayıb ki, müzakirələr Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossinin iştirakı ilə çox ciddi və intensiv şəkildə aparılıb.

Onun sözlərinə görə, hər iki nümayəndə heyəti mövqelərini ölkə rəhbərlikləri ilə razılaşdırdığı üçün danışıqlarda fasilələr yaranır. Danışıqlar hər iki tərəf keçirilən sessiya zamanı hazırlanmış təkliflərin müzakirəsini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib. Bu görüş tərəflər arasında İranın nüvə proqramı üzrə aparılan danışıqların üçüncü raundu hesab olunur.

Müzakirələrin əsas məqsədi regionda gərginliyi azaltmaq və tərəflər arasında qarşılıqlı etimadı bərpa etmək üçün yollar tapmaqdır. Bu müzakirələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflər arasında aparılan diplomatik təmaslar üçün Cenevrə platforması artıq ənənəvi məkana çevrilib.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 443 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 443 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 443 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 443 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 443 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 443 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 443 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 443 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 443 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 443 baxış
Seçilmişlər
icon