Cənubi Koreya və ABŞ-dən güc nümayişi
Cənubi Koreya Ordusu ABŞ hərbçiləri ilə birgə aviasiya təlimlərinə başlayıb. Təlimlərdə strateji bombardmançı təyyarədən də istifadə olunub.
Bu barədə Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Bildirilib ki, manevrlərdə Cənubi Koreyanın F-35A və F-15K qırıcıları, ABŞ-nin isə F-16 döyüş təyyarələri də iştirak edib.
Xatırladaq ki, KXDR Ordusu fevralın 18-də “Hvason” qitələrarası ballistik raketini sınaqdan keçirib. Sınaq Sunan şəhərindəki Beynəlxalq Hava Limanında baş tutub. Rəsmi Pxenyan bildirib ki, son sınaq ölkənin rəqiblərinə qarşı “ölümcül” nüvə hücumu imkanlarını daha da gücləndirmək məqsədi daşıyır. KXDR bu sınağın ABŞ və Cənubi Koreyanın mümkün hərbi təlimlərinə layiqli cavab olduğunu açıqlayıb.
Raketin yüksək bucaq altında atıldığı və maksimum 5770 kilometr hündürlüyə çatdığı, 67 dəqiqəlik uçuş zamanı təxminən 990 kilometr məsafə qət etdiyi və Koreya yarımadası ilə Yaponiya arasındakı sularda əvvəlcədən təyin edilmiş əraziyə düşdüyü bildirilib.
#Cənubi Koreya teqi istifadə olunub
- Dünya bu xəbərlə çalxalanır | Tehranla Seul arasında gərginlik niyə artır? - Baku TV CANLI
- Pxenyanın nüvə potensialındakı kəskin artım bölgədə narahatlığı gücləndirir - Baku TV
- Pxenyanın nüvə gücü ilə bağlı Cənubi Koreyadan ciddi xəbərdarlıq gəldi - Baku TV CANLI
- “Belə bir məkanımızın olmasına çox şadam” | Cənubi Koreyada festival
- Seul atəşkəsi sülh rejimi ilə əvəzləmək istəyir | Pxenyan isə dialoqu rədd edir - Baku TV
