Çin Trampın "şantaj"ına qarşı hərəkətə keçdi | Pekindən sərt cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Çin hakimiyyəti Amerika Prezidenti Donald Trampın “şantaja doğru gedən” proteksionist siyasəti ilə ABŞ-nin artan təzyiqlərinə dözmək niyyətində deyil”.
Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı bəyanatda deyilir: “ABŞ-nin Çinə tarifləri artırmaqla hədələməsi Amerika tərəfinin şantaj xarakterini bir daha ortaya qoyan təkrar səhvdir, Çin bunu heç vaxt qəbul etməyəcək”.
Bildirilir ki, ABŞ “öz bildiyindən dönməsə”, Çin “sona qədər” onlara qarşı dayanmağa məcbur olacaq.
Ticarət Nazirliyi ABŞ-nin yeni tariflərini “birtərəfli zorakılıq” adlandırıb və Pekinin suverenliyini, təhlükəsizliyini və milli inkişaf maraqlarını və “beynəlxalq ticarətin normal nizamını” qorumaq üçün əks tədbirlər görəcəyini bildirib:
“Çin bir daha bəyan edir ki, ticarət müharibəsində qalib və proteksionizmin çıxış yolu yoxdur. Təzyiq və təhdidlər Çinlə işləmək üçün yanlış yoldur. Biz ABŞ-ni səhv addımlarını dərhal düzəltməyə, Çinə qarşı bütün birtərəfli tarifləri qaldırmağa və ölkəmizə iqtisadi və ticarət təzyiqlərini dayandırmağa çağırırıq”.
Xatırladaq ki, aprelin 7-də Tramp Çinə ABŞ mallarına qarşı 34 faizlik əlavə rüsumları ləğv etmək üçün bu günə qədər vaxt verib, əks halda, Çindən idxala əlavə 50 faizlik rüsum tətbiq edəcəyini bildirib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
