Çin və ABŞ liderləri telefonla danışdı
Çin və ABŞ liderləri telefonla danışıb.
Məlumata görə, Donald Tramp və Si Cinpin arasında telefon danışığı müsbət və konstruktiv olub.
Qeyd edilib ki, liderlər ticarət əlaqələri, iqtisadi əməkdaşlıq və qlobal sabitliyi müzakirə ediblər. Hər iki lider gərginliyi idarə etmək və qarşısını almaq üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp gələn ilin əvvəlində Çinə səfər etmək niyyətində olduğunu açıqlayıb. O bu barədə "Truth Social"da yazıb.
Ağ Ev rəhbəri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığını son dərəcə məhsuldar adlandırıb. "Biz ticarət, fentanil, Rusiya-Ukrayna müharibəsinə son qoyulması zərurəti və "TikTok"la bağlı razılaşmalar da daxil olmaqla, bir çox mühüm məsələlərdə irəliləyiş əldə etdik", – deyə ABŞ lideri yazıb.
Tramp həmçinin qeyd edib ki, Si Cinpinlə Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində görüşmək və gələn ilin əvvəlində Çinə səfər etmək barədə razılığa gəlib.
O əlavə edib ki, Çin Sədri də uyğun vaxtda ABŞ-yə səfərə gələcək.
#Çin teqi istifadə olunub
- Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI
- Fransa Prezidentini Pekinə aparan səbəb nədir? - 24 SAAT
- Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb
- 156 nəfərin öldüyü yanğınla bağlı yeni detallar
- “Onlarla mübarizə aparılacaq, Rusiya ilə əməkdaşlıq edənlər isə...” | Kir Starmer
