Pleyeri seçin:
Çində minlərlə insan zəlzələyə görə təxliyə edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənub-qərbindəki Yunnan əyalətinin Baoşan şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Məlumata görə, təbii fəlakət nəticəsində ölən olmayıb, 3 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, səlahiyyətli orqanlar 38 min insanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görüblər. Onlar zəlzələ bölgəsindən təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib. Xilasetmə əməliyyatlarına 2 400 nəfər səfərbər olunub. Zəlzələ nəticəsində həmçinin 2 800-ə yaxın binaya ciddi ziyan dəyib.
Kopyalandı
#Çin teqi istifadə olunub
- Çində 1800 illik üç qədim gəmi aşkarlanıb
- Hançjou şəhərində çiçəklərdən qeyri-adi sənət əsərləri yaradılıb
- Handan şəhərində payız mənzərəsi turistlərin diqqətini çəkir
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
