Çindən Putini özündən çıxaracaq qərar | Trampın qayıdışı nəyi dəyişdirdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin özəl neft emalı zavodu Rusiya neftindən imtina edərək, Qərbi Afrika neftini almağa başlayıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Çinin “Landbridge Petrochemical Co.” şirkəti tədarük üçün 2 milyon barel neft alıb. Əvvəllər belə alıcılar Rusiyanın ESPO neftinə, eləcə də İran xam neftinə üstünlük verirdilər. Bunun səbəbi qısa çatdırılma yolları və aşağı qiymətlər idi.
Qeyd olunur ki, Çinin Afrika neftini alması Tramp administrasiyasının İrana qarşı mümkün siyasəti ilə bağlıdır.
Ekspertlər hesab edirlər ki, Donald Trampın prezidentliyi dövründə Tehran daha sərt məhdudiyyətlərlə üzləşə bilər.
“Rusiyaya gəlincə, hələlik onun üçün vəziyyət kritik deyil. Lakin Çinin Rusiya neftindən imtina etməsi büdcəsi əsasən neft gəlirlərindən asılı olan Moskva üçün əsl fəlakətə çevrilə bilər”, – agentlik bildirib.
Qeyd edək ki, Trampın son seçkilərdəki qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
