Danışıqlarda irəliləyiş var, yoxsa...? - ABŞ-dən tərəflərin görüşü barədə reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında ünsiyyət müsbət və məhsuldar olub və Vaşinqton Ukraynada sülhün əldə olunması istiqamətində müəyyən addımlar görür.
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Kanadada keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Ukrayna məsələsində Rusiya ilə əlaqəmizə ehtiyatlı nikbinliklə yanaşırıq”, – M.Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, həftəsonu ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskvanın mövqeyini araşdıracaq və ona uyğun olaraq növbəti addımlarını müəyyən edəcək.
“S.Uitkoffun Moskvadakı təmaslarının nəticələrinə dair xüsusi hesabat təqdim olunacaq”, – M.Rubio vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukrayna ilə bağlı danışıqları gecikdirdiyinə inanmır: “Əksinə, biz irəliləyiş görürük”.
Qeyd edək ki, D.Trampın xüsusi nümayəndəsi S.Uitkoff 13 martda Moskvada Vladimir Putinlə görüşüb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
