Daşkənddə 30 km-dən hiss edilən partlayış: onlarla yanğınsöndürmə maşını gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın paytaxtı Daşkənddə hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, partlayış dalğası episentrdən 30 km-ə qədər məsafədə hiss olunub. Hadisə nəticəsində geniş ərazini alov bürüyüb, ərazidəki evlərə və ictimai iaşə obyektlərinə ciddi ziyan dəyib.
“Sentyabrın 28-də saat 02:43 radələrində Fövqəladə Hallar Nazirliyinin növbətçi şöbəsinə Daşkənd şəhərinin Sergeli rayonunda “İnşaatçılar” massivinin ərazisində yerləşən anbarlardan birində partlayış və ardınca yanğın baş verməsi barədə məlumat daxil olub”, – deyə məlumatda qeyd olunub.
Ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ölən və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
