Pleyeri seçin:
Dəhşətə gətirən istilər çoxlarının nəfəsini kəsdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yayın əvvəlindən bu günədək İspaniyada yüksək hərarətlə bağlı 2 635 nəfər həyatını itirib.
Bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə istinadən məlumat yayıb.
İnstitutdan bildirilib ki, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.
Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı isə iyulda olub.
“İstilikdən ölüm hallarının böyük əksəriyyəti 65 yaşdan yuxarı və xüsusilə də 75 yaşdan yuxarı insanlar arasında qeydə alınıb”, – deyə məlumatda bildirilir.
Sistem məlumatlarına əsasən, ölənlərdən 1 579-u qadın, 1 056 nəfəri isə kişi olub.
Kopyalandı
#İspaniya teqi istifadə olunub
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
- İspaniya paytaxtı minlərlə insanı birləşdirən etiraz aksiyası ilə gündəmə gəldi - Baku TV
- İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI
