Dəhşətli hava zərbələrindən sonra Kiyev
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun fasilədən sonra Ukraynanın paytaxtı Kiyev yenidən hava hücumuna məruz qalıb. Paytaxtın mərkəzi Şevçenkovskiy rayonu da zərbələrə məruz qalıb.
Kiyev hərbi administrasiyasının rəsmisi Mixail Şamanov Baku TV-nin Şərqi Avropa bürosuna hücumun nəticələri barədə məlumat verib.
"44 günlük fasilədən sonra düşmən yenidən Kiyevə zərbələr endirdi. Hərbi Hava Qüvvələrinin məlumatına görə, düşmən 11 “Tu-95MS” strateji bombardmançı təyyarəsindən 2 ballistik raket və 29 qanadlı raketlə hücuma keçib. Uğurlu əməliyyat nəticəsində düşmənin bütün raketləri Kiyev vilayəti və paytaxt üzərində vuruldu, lakin xəsarət alanlar və dağıntılar oldu. İlkin məlumata görə, raket hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Paytaxtın üç rayonunda – Podolski, Svyatoşinski və Şevçenkivskidə dağıntılar var", – M.Şamanov bildirib.
Qeyd edək ki, gün ərzində bütün Ukrayna üzrə yenidən hava həyəcan siqnalları davam edib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
