Dərsliklər audioformatda olacaq? - Müzakirələrə səbəb olan məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaq və yeniyetmələrin kitab oxumamasından narahat olan təhsil üzrə britaniyalı ekspertlər audio formata üstünlük verilməsini təklif edirlər. Hökumət bu təklifi nəzərə ala bilər.
Milli Savad Fondu ‒ NLT-nin 37 min Britaniya məktəblisi arasında keçirdiyi sorğu göstərib ki, uşaqların yalnız 34,6 faizi asudə vaxtlarında kitab oxuyur. Bununla yanaşı, audiokontentlərə olan maraq artır.
Sorğuya qatılan uşaq və yeniyetmələrin 42,3 faizi audiokitab, podkast dinləməyi sevir. Bu səbəbdən ekspertlər və xeyriyyə təşkilatları audiokitabların yeni məktəb proqramına daxil edilməsini tövsiyə edirlər. Lakin bu yanaşma ilə bütün mütəxəssislər razı deyil.
London Universitet Kollecinin ingilis dili üzrə professoru Con Mullan hesab edir ki, audiokitablar ənənəvi çap nəşrlərini tam əvəz edə bilməz. O vurğulayır ki, oxumaq və dinləmək fərqli proseslərdir, belə ki, ikincidən fərqli olaraq, birincisi aktiv iştirak və təsəvvür gücü tələb edir.
#Uşaq psixologiyası teqi istifadə olunub
- "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı | "Açıq-aşkar cəmiyyəti pozurlar" - Baku TV
- Uşaqlarda depressiyanın gizli əlaməti müəyyən edildi
- Avstriyada internetə nəzarət gücləndi | Yeni qanun nələri dəyişəcək? - Baku TV
- Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? - Sərt addımlara keçidin əsl səbəbi | ARAŞDIRMA
- "Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV
