Diabetdə inqilabi üsul | İynə vurmadan diabeti tənzimləmək üçün...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Karnegi Mellon Universitetinin alimləri ilk dəfə 3D bioprinterlə tam funksional mədəaltı vəzi toxuması çap ediblər.
Bu barədə “Gazeta.Ru” xəbər verir.
Bildirilir ki, bu model kollagendən hazırlanıb və insulin ifraz edə bilir. Bu da 1-ci tip diabet üçün ümidverici bir müalicə üsulu sayıla bilər. Hədəf xəstələrə hər gün insulin vurmaq əvəzinə bu orqanoidin bədənə köçürülməsi ilə orqanizmin özünün insulin istehsalını bərpa etməkdir.
Mədəaltı vəzi modeli qan damarlarına bənzəyən mikrotunellər da daxil olmaqla tam bioloji mühitdə işləyir. Ənənəvi plastik materiallarla müqayisədə kollagen insan orqanizminə daha uyğun olduğundan bu yanaşma müalicə və elmi tədqiqatlarda inqilab sayıla bilər. Bu texnologiya gələcəkdə diabet xəstələri üçün iynəsiz həyatı mümkün edə bilər.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
