Dmitri Peskov Moskvada baş verən terrordan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı son qərar açıqlanmayıb”.
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov müsahibəsində deyib.
Jurnalist Kremlin mətbuat katibinə araşdırmanın nə yerdə qaldığını, baş verən hadisədə Ukraynanın əlinin olub-olmadığını soruşub. Peskov isə cavabında hələ heç bir rəsmi versiyanın olmadığını və bir müddət gözləməli olduqlarını söyləyib.
Bu arada, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdan da gözlənilməz açıqlama gəlib. O, bildirib ki, Rusiya ölkədə terror aktının hazırlandığından fevralın 15-dən xəbərdar idi.
K.Budanovun sözlərinə görə, bununla bağlı informasiya terrorçuların Suriyadakı kəşfiyyat şöbəsindən keçib və oradan Moskvaya gedib.
Baş kəşfiyyatçı sonda onu da bildirib ki, Rusiya terrorçuların haradan gələcəyini, hansı iki ölkənin ərazisində yerləşəcəyini öncədən bilirdi.
#Crocus City Hall teqi istifadə olunub
- Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama
- "Crocus City Hall" işi üzrə məhkumlar koloniyalara paylanıb - Baku TV
- “Crocus City Hall”da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi
- Rusiya İstintaq Komitəsi Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun saymadı
- Vüqar Hüseynov ölümündən sonra "igidliyə görə" ordeninə layiq görüldü
