Pleyeri seçin:

Doğum səviyyəsinin azalmasının nəticəsi | Yüzlərlə bağça bağlana bilər

15 avqust 2025 642 baxış

İsveçdə doğum səviyyəsinin kəskin azalması ölkəni ciddi demoqrafik böhranla üz-üzə qoyub. Mövcud mənfi tendensiya davam edərsə, növbəti 10 ildə ölkədə hər 10 uşaq bağçasından biri fəaliyyətini dayandıracaq.

Ölkə mətbuatının yazdığına görə, iki il əvvəl məktəbəqədər yaş qruplarında ilk azalma qeydə alınıb. Sundsvall bələdiyyəsinin məktəbəqədər təhsil müəssisələri şöbəsinin müdiri Mikael Nilsson Ritlinger bildirib ki, proses artıq üçüncü ildir davam edir.

"Bələdiyyələr çətin qərarlar qəbul etmək məcburiyyətində qalır. Biz valideynlər üçün narahatlığı minimuma endirməyə görə bağçaları yalnız digər məktəbəqədər müəssisələrin olduğu ərazilərdə bağlamağa çalışırıq", – deyə şöbə müdiri əlavə edib.

Proqnozlara görə, 2024-2034-cü illər ərzində İsveçdə məktəbəqədər yaşlı uşaqların sayı 43 min nəfər azalacaq. Bu, təxminən 800 uşaq bağçasının bağlanması və yüzlərlə əməkdaşın işsiz qalması deməkdir. Təhsil sistemi də zərbə alacaq – 2032-ci ilə qədər 6-15 yaş arası şagirdlərin sayının da kəskin azalacağı gözlənilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tendensiya dəyişməsə, isveçlilərin hər yeni nəsli əvvəlkindən 30% az olacaq. Bu isə əmək qabiliyyətli əhalinin azalması, sosial xərclərin artması və vergi daxilolmalarının zəifləməsi kimi ciddi sosial-iqtisadi nəticələr doğuracaq.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 642 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 642 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 642 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 642 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 642 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 642 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 642 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 642 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 642 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 642 baxış
Seçilmişlər
icon