Dondurulmuş Rusiya aktivlərindən istifadə barədə müzakirə
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Yeddilik” ölkələri Ukraynada dərhal atəşkəsin elan edilməsinin və danışıqların başlanmasının vacibliyini bəyan edib.
Bu barədə Kanadanın Ontario vilayətində keçirilən görüşdən sonra G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.
“Biz dərhal atəşkəsin vacibliyini vurğulayırıq. Hazırkı təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi olmasına razıyıq”, – Kanadanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan sənəddə bildirilib.
G7 ölkələri həmçinin Ukraynanın maliyyələşdirilməsi məsələlərini, o cümlədən Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyə dəstəyini müzakirə edib.
“Biz maliyyələşdirmə ilə bağlı geniş spektrli variantların müzakirəsinin davam etdiyini, o cümlədən Ukraynaya dəstək məqsədilə yurisdiksiyamızda immobilizasiya edilmiş Rusiya suveren aktivlərinin koordinasiyalı şəkildə istifadəsinin nəzərdən keçirildiyini qeyd etdik”, – deyə bəyanatda vurğulanıb.
“Böyük Yeddilik” həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumlarını qınayıb və ölkənin enerji təhlükəsizliyinə dəstəyi təsdiqləyib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
