Donetsk istiqamətində "Arbat" erməni batalyonu darmadağın edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu cəbhənin Donetsk istiqamətində muzdlu ermənilərdən təşkil edilən “Arbat” batalyonunu darmadağın edib.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat verib. Ukrayna Silahlı Qüvvələri tərəfindən də “Arbat”ın məhv edilməsinə dair rəsmi açıqlama veriləcəyi istisna edilmir.
Xatırladaq ki, iyulun 2-də Moskvadakı erməni kafedralında keçirilən mərasimdə muzdlu ermənilərdən təşkil edilən “Arbat” batalyonunun Ukraynadakı döyüşlərə yola salınmasını əks etdirən görüntülər paylaşılıb. Sözügedən batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu bildirilib.
Eyni zamanda Rusiya mənbələri Ukraynanın işğal olunan ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
