Druzlar təxliyə avtobuslarına hücum edib? - Silahlı basqın barədə detallar
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 13-də Suriyanın cənubundakı Əs-Suveyda vilayətində başlayan hərbi toqquşmalardan sonra druzların nəzarətində olan ərazilərdən bədəvilərin təxliyəsinə başlanılıb.
Qeyd edək ki, insanları Əs-Suveydadan təxliyə edən avtobuslar bir qrup naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hərbi toqquşmalar səbəbi ilə ilk təxliyə olunanlar ağır humanitar böhranla üzləşdiklərini bildiriblər.
“Biz ölümlə üz-üzə yaşayırıq. Nə yemək var, nə də su. Bir həftədir ki, aclıq yaşayırıq. Atəş və partlayış səsləri eşidəndə hücumların sakitləşməsini gözləyirik. İki qardaşımdan biri dizlərindən 3 güllə yarası alıb, digəri isə qarnından və başından güllələnib. Hər ikisi ağır vəziyyətdədir, lakin tibbi yardımımız yoxdur”, – təxliyə edilən bədəvilərdən biri deyib.
Qeyd edək ki, iyulun 21-i baş tutan birinci təxliyə prosesi zamanı 4 avtobus və 20 avtomobildən istifadə edilib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
