Dünya liderləri Ağ Evə toplaşdı | Ukraynanın taleyi həll olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Vaşinqton şəhərindədir və mühüm görüşlər keçirir.
Bu səfər ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaska görüşündən sonra münaqişənin həlli istiqamətində mühüm mərhələ sayılır.
İtaliyanın Baş naziri Corcia Meloni jurnalistlərə açıqlamasında bildirib ki, ədalətin bərqərar olması və sülhün əldə edilməsi yolunda Qərbin birliyi mühümdür:
“İtaliya da prosesə dəstək üçün buradadır. Biz Ukraynanın tərəfindəyik və ABŞ Prezidentinin səylərini dəstəkləyirik. Bügünkü müzakirələr çox əhəmiyyətli olacaq. Çünki bütün həll variantlarının öyrənilməsi lazımdır. Bu, daimi sülhə zəmanət verə bilər”.
Qeyd edək ki, Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. NATO-nun Baş katibindən tutmuş Avropa İttifaqına üzv ölkələrin liderləri də Ağ Evə toplaşıblar. Məqsəd Ukrayna münaqişəsini həll etməkdir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
