Dünya niyə təhlükə altındadır? | Getdikcə artan dəhşətli problem
Yeniliklərdən dərhal xəbərdar olun
Son onilliklərdə dünyada meqaquraqlıqların həm intensivliyində, həm də tezliyində əhəmiyyətli artım müşahidə edilib.
Tədqiqatlar göstərir ki, son 30 ildə dünyanın, demək olar ki, bütün qitələri uzunmüddətli quraqlıqlara məruz qalıb. Xüsusilə Şimali Amerikanın cənub-qərbində, 2008-2014-cü illər arasında baş verən quraqlıq dövrü regionda son 1200 ildə qeydə alınmış ən ekstremal hadisə olaraq yadda qalıb.
Araşdırmada peyk məlumatlarından istifadə edilərək yağıntılar və buxarlanma göstəriciləri əsasında quraqlıqların təsir sahələri və intensivliyi xəritələndirilib. Məlum olub ki, hər il meqaquraqlıqlar əlavə 5 milyon hektar əraziyə təsir edir.
Elm adamları xəbərdarlıq edir ki, bu, yalnız təbiətə deyil, həm də qlobal qida təhlükəsizliyi və su resurslarına ciddi təsirlər doğura bilər. Tapıntılar davamlı ekoloji idarəetmə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin vacibliyini bir daha vurğulayır.
#Quraqlıq teqi istifadə olunub
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır
- Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər
- Səudiyyə Ərəbistanının illər əvvəlki planı yenidən gündəmdə
- Böyük Britaniyada kənd təsərrüfatı məhsulları bahalaşdı
