Dünyada “F-16”ya ən çox sahib olan ölkələr hansılardır?
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada “F-16” qırıcılarına ən çox sahib olan ölkələrin siyahısı dərc edilib.
“WioNews”un dərc etdiyi siyahıda birinci yerdə ABŞ qərarlaşıb.
2023-cü ilin məlumatlarına görə, ABŞ dünyanın ən böyük “F-16” parkına sahibdir ‒ 936 döyüş təyyarəsi. Bu qırıcıların yüksək universallığı və qabaqcıl texnologiyaları sayəsində onlar geniş spektrli tapşırıqları yerinə yetirə bilir.
Siyahıda ikinci yerdə Türkiyədir. Türkiyə Hərbi Hava Qüvvələri 243 ədəd “F-16” istismar edir.
Üçüncü sıradakı İsrailin isə 224 ədəd “F-16” qırıcı təyyarəsi var. Üstəlik, İsrail digər tip müasir qırıcı təyyarələrə də sahibdir.
Misir isə bu siyahıda dördüncüdür. Misir Hərbi Hava Qüvvələrinin inventarında 218 ədəd “F-16” var.
Siyahının 5-ci pilləsində isə Tayvandır. Tayvan 202 ədəd “F-16” qırıcısına sahibdir.
Son vaxtlar Ukrayna da az sayda olsa belə, Amerika istehsalı “F-16”ların sahibi olub. Dəqiq say məxfilik səbəbilə açıqlanmır, lakin ictimai elanlara əsasən təxminən 20-30 ədəd qırıcının təmin edildiyi güman edilir.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
