Pleyeri seçin:

Dünyanı alt-üst edəcək xəbər | Hansı ölkələr müharibəyə hazırlaşır?

25 dekabr 2023 240 baxış

2024-cü ilin mürəkkəb il olacağını indidən demək olar. Yaxın Şərqdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək.

“Bloomberg” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyi proqnozlaşdırılıb.

Qeyd olunub ki, ABŞ, Cənubi Koreya və Yaponiya liderləri ilk dəfə Vaşinqtonda görüşüb və geniş fikir mübadiləsi aparıblar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdiriblər. Halbuki, keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı.

Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu da narahat edir. Çünki ABŞ-nin həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq.

Analizdə digər təhlükə kimi Çinin bölgədə artan hərbi gücü vurğulanıb:

“Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışır. Misal üçün, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir”.

Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Araşdırmalarda münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr ölüm sayının artmasını da şərtləndirir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 240 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 240 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 240 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 240 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 240 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 240 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 240 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 240 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 240 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 240 baxış
Seçilmişlər
icon