Dünyanın diqqəti İstanbulda | Rusiya və ABŞ rəsmiləri arasında vacib görüş başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş baş tutub.
Görüşün əsas müzakirə mövzularından biri də iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpasıdır.
Görüş bağlı qapılar arxasında keçirildiyinə görə hələ ki mətbuata bu barədə açıqlama verilməyib. Müzakirələr başa çatandan sonra jurnalistlər üçün brifinqin təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, fevralın 26-da Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bu görüşün həm region, həm də dünya üçün vacib həlledici rola malik ola biləcəyini xüsusi vurğulayıb.
Xatırladaq ki, tərəflər uzun müddətdən sonra ilk dəfə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar masasına əyləşiblər.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
