Dünyanın sonu yaxınlaşır? - Bu tarixdə elə şeylər olacaq ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Planetimizin istilik mənbəyi olan günəşdə parlaqlıq 30% artıb.
Bu barədə araşdırma "Planetary Science" jurnalında dərc olunub.
Günəşin temperaturunun artması yerdə istixana effektinin güclənməsinə səbəb olacaq. Bu da həyatın davamlılığı üçün təhlükə yarada bilər.
Günəşin istiliyi müəyyən həddi keçdikdə, Yer atmosferinin alt qatlarında temperaturun Yer kürəsinin effektiv temperaturunu üstələdiyi istixana effekti yaradacaq. Bu vəziyyət ilk olaraq bitkilərin qurumasına səbəb olacaq.
Daha sonra ekosistemdəki bu pozuntu heyvanlar və insanlar üçün də təhlükə yaradacaq. Ən sonda isə Yer kürəsinin temperaturu insan həyatı üçün uyğun olmayan səviyyəyə çatacaq.
Alimlərin proqnozuna görə, bu hal təxminən 1 milyard il sonra baş verəcək.
#Yer planeti teqi istifadə olunub
