Pleyeri seçin:
Əl Şaraanın hakimiyyətində ilk parlament seçkiləri | Yeni qanunvericilərdən neçəsi qadındır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əhməd əl-Şaraanın hakimiyyətə gəlişindən sonra Suriyada keçirilən ilk parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Parlament Seçkiləri üzrə Ali Komitənin nümayəndəsi Nəvvər Nəcmənin elan etdiyi nəticələrə görə, regional seçki kollegiyası üzvləri tərəfindən yeni parlamentin 210 deputatının təxminən üçdə iki hissəsi (119 nəfər) əvvəlcədən təsdiqlənmiş siyahılardan seçilib. Qalan üçdə bir hissəni isə Prezident Əhməd əl-Şaraa təsdiq edəcək. "Reuters" agentliyinin məlumatına görə, yeni qanunvericilər arasında 6 nəfər qadındır. Qeyd olunur ki, 10 yer dini və etnik azlıqlar üçün saxlanılıb. Nəticələr Hələb (30), Dəməşq (10), Homs (12), Həma (12) və digər bölgələr üzrə deputatların sayını əhatə edir.
Kopyalandı
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
