Əl-Holda İŞİD yaraqlılarının ailə üzvləri saxlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
İŞİD terror təşkilatı yaraqlılarının ailə üzvlərinin saxlanıldığı Suriyanın Haseke əyalətindəki Əl-Hol xüsusi düşərgəsi və ətraf ərazilər qadağan olunmuş zona elan edilib.
"As-Sumaria" telekanalının məlumatına görə, bu barədə düşərgə rəhbərliyi xəbər verib.
Açıqlamada bildirilir ki, Əl-Holdakı təcrid olunmuş əraziyə giriş və ya yaxınlaşmaq hər bir halda qadağandır. Qeyd olunur ki, hər hansı pozuntu dərhal həbs də daxil olmaqla, ciddi şəkildə cəzalandırılacaq.
Vurğulanır ki, bu qərar düşərgənin yeni rəhbərliyi tərəfindən həm Əl-Holun özündə, həm də ətraf ərazidə təhlükəsizlik nəzarətini gücləndirmək, eləcə də Haseke əyaləti yaxınlığında, İraqda yerləşən radikal hərbi qrupların fəaliyyətinin kəskin artması fonunda qəbul edilib.
#Suriya teqi istifadə olunub
- Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb
- Dəməşq təhlükəsizlik təminatları axtarır
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
