Əl-Suveydada ölənlərlə bağlı dəhşətli rəqəm | Suriyada gərginlik durmadan artır
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Suriyada ölənlərin sayı 900 nəfəri keçib.
“The Times of Israel”də bildirilib ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, ötən həftə sonundan bəri atəşkəs elan edilməsinə baxmayaraq, Suriyada druzların yaşadığı Əs-Süveyda vilayətində ölənlərin sayı minə yaxınlaşıb.
Mərkəzdən vurğulanıb ki, ölənlər arasında 326 druz döyüşçüsü və 262 mülki şəxs var, onlardan 182-si Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən məhkəməsiz edam edilib.
Ölənlər arasında həmçinin 312 Dövlət Təhlükəsizlik Xidməti əməkdaşı və 21 bədəvi var ki, onlardan üçü druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilmiş mülki şəxslərdir.
Mərkəzin məlumatına görə, daha 15 hərbçi İsrail zərbələri nəticəsində ölüb.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
