Əlimdə səs yazısı var ki... | Simonyandan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, onun əlində yüksək rütbəli Bundesver zabitlərinin Krım körpüsünə zərbələri müzakirə etdiyi səs yazısı var. O bu barədə “Telegram” kanalında deyib.
“Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etmədiyini və iştirak etməyəcəyini dediyi gün rütbəli yoldaşlarım mənə çox maraqlı bir şey verdilər. Bu maraqlı səs yazısında Bundesverin yüksək rütbəli zabitləri Krım körpüsünü necə bombalayacaqlarını müzakirə edirlər. Söhbət iştirakçıları şübhənin Almaniyanın üzərinə düşməməsi üçün körpünü necə vurmağı araşdırırlar.
Səs yazısı 40 dəqiqə davam edir, burada alman zabitlər uzun müddətdir münaqişədə birbaşa iştirak edən Amerika və Britaniya hərbçilərini də xatırladırlar. O qədər maraqlı audiodur ki, onu dərc etmək istəyirəm. Abunəçiləri sevindirmək istəyirəm.
Bu vəziyyətlə bağlı Almaniyanın Moskvadakı səfirinə, Almaniyanın xarici işlər nazirinə və şəxsən kansler Şolstsa jurnalist kimi rəsmi müraciət edirəm. Bunu necə başa düşmək olar? Rusiyanın Berlinə son dəfə rus körpülərinin partladılmasının Almaniya üçün necə başa çatdığını xatırlatmasının vaxtı deyilmi? Medianızdan gələn bütün müraciətlərdə adət olduğu kimi, bu gün nahar vaxtınadək cavabı görmək istərdim. Sabah nə olacağını heç vaxt bilmirsən”, – M.Simonyan qeyd edib.
#Marqarita Simonyan teqi istifadə olunub
- Marqarita Simonyan Zelenskinin səfərinə görə Paşinyanı "nankor" adlandırdı
- Xərçənglə mübarizə aparan Marqarita Simonyan vəziyyətini açıqladı
- Marqarita Simonyan parik taxacaq
- Ermənistan Parlamentinin spikeri Marqarita Simonyanı təhqir etdi
- Simonyanlar arasında gərginlik | Ermənistanlı sədr Paşinyana görə özündən çıxdı
