Ərdoğan Netanyahuya tələb qoydu | Elə bilir ki, bizi susdura biləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrailli rəhbərlər soyqırım həqiqətlərini gizlətməyə çalışmaq əvəzinə, Qəzzada ölən körpələrə görə cavab verməlidirlər".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə görüşdüyü iftar proqramında etdiyi çıxışda deyib.
Ərdoğan sülh ayı olan Ramazanı başda Qəzza olmaqla yaxın ətrafda baş verən hadisələrə görə kədərlə qarşıladıqlarını bildirib.
"İsrailin Qəzzada və işğal olunmuş ərazilərdə 5 aydır davam edən hücumlarında 32 min qardaşımız şəhid olub. 73 min fələstinli də yaralanıb. İsrailin amansız hücumları nəticəsində Qəzza dünyanın ən böyük uşaq və qadın qəbiristanlığına çevrilib", – o qeyd edib.
R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti "Qəzzadakı soyqırımla bağlı həqiqətləri gizlətməyə çalışan" İsrailə təzyiqləri artırmağa çağırıb.
"İsrail liderləri soyqırımla bağlı bu həqiqəti gizlətmək üçün bizə hücum etmək əvəzinə Qəzzada susuzluqdan və aclıqdan ölən körpələrə görə cavab verməlidirlər", – dövlət başçısı əlavə edib.
#Qəzza zolağı teqi istifadə olunub
