Ərdoğan və NATO-nun Baş katibi nələri müzakirə etdi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
NATO üzvü olan 32 ölkənin səfiri Şimali Atlantika Şurasının Brüsseldə keçirilən toplantısında Mark Rutteni blokun yeni baş katibi vəzifəsinə təsdiqləyib.
O bu postda Yens Stoltenberqi əvəzləyəcək.
Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Mark Rutte arasında telefon danışığı baş tutub.
Bu barədə yerli media məlumat yayıb.
Türkiyə Prezidenti yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib. Təbrikə ölkənin Xarici İşlər Nazirliyi də qatılıb.
“Bütün müttəfiqlərin razılığı ilə NATO-nun yeni baş katibi elan edilən Niderlandın sabiq Baş naziri Mark Rutteni təbrik edirik. Bu münasibətlə Yens Stoltenberqə 2014-cü ildə vəzifəyə gəldikdən sonra nümayiş etdirdiyi uğurlu rəhbərlik üçün təşəkkürümüzü bildiririk”, – deyə Türkiyə XİN-dən bildirilib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
