Ərdoğan yenə qalib gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna böhranı taxıla ehtiyacı olan ölkələri də ciddi çətinliklərlə üz-üzə qoydu, çünki dünyada taxıl tədarükünün əhəmiyyətli hissəsi məhz bu iki ölkənin payına düşürdü. Ancaq müharibə səbəbindən bağlı qalan limanlar taxıl məhsullarının idxalında problem yaratdı.
Vəziyyətin çətinləşdiyini görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəflər arasındakı vasitəçilik cəhdlərinə ən azı BMT qədər səy göstərdi. Nəticədə çoxdan gözlənilən saziş imzalandı.
Türkiyədə seçki ərəfəsi olmasına baxmayaraq, R.T.Ərdoğan başlatdığı məsələni yarım qoymadı. Ötən günlərdə taxıl sazişinin müddəti daha 2 ay uzadılıb. Rəsmi Ankara növbəti dövrdə də böhranın yenidən baş qaldırmaması üçün səylərini davam etdirəcəyini vurğulayıb.
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, taxıl sazişinin müddətinin uzadılması çox vacibdir. O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir.
Bir sözlə, öz ölkəsində zəlzələ fəlakətinin fəsadlarının aradan qaldırılması üçün əlindən gələni edən R.T.Ərdoğan böhranla üz-üzə qalan ölkələri də unutmur. Seçki ərəfəsində daxili siyasətlə yanaşı, xarici siyasətdə də əzmkarlığını, qətiyyətini davam etdirir.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
