Erməni müğənninin oğlunun hiyləgər planı | Polis hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan İstintaq Komitəsi müğənni Spitaktsinin oğlu Hayko Hraçya Qevondyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.
Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə cinayətlərin araşdırılması üzrə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, müxalif siyasi blokun nümayəndələrindən birinə yaxın olan H.Qevondyan ölkə liderinin daxili və xarici siyasəti ilə razılaşmayaraq, hələlik şəxsiyyəti məlum olmayan bir qrup şəxslə birlikdə hökumət, parlament və polisin binalarını ələ keçirməyi planlaşdırıb.
Onlar mayın 26-da keçiriləcək mitinqdə bu işlərin həyata keçirilməsi variantını nəzərdə tutublar.
Lakin ondan asılı olmayan şəraitə görə H.Qevondyan planını həyata keçirə bilməyib, çünki onun planı Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilib.
Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı demək olar ki, bütün videokadrlarda H.Qevondyanın deputat Levon Koçaryanın (Ermənistanın ikinci prezidentinin oğlu) yanında dayandığı aydın görünür.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
