Erməni müxaliflər ayağa qalxdı | ABŞ səfirliyi açıqlama verməkdən boyun qaçırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən biolaboratoriyalarla bağlı məsələ erməni mediasında bir neçə gündür yenidən gündəmə gətirilib.
Bir neçə gün öncə erməni müxalif fəallar bu biolaboratoriyalarla bağlı ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiya da keçirmişdilər.
Erməni mediası yazır ki, 1990-cı illərdən bir sıra postsovet ölkələrində ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə çoxsaylı bioloji laboratoriyalar yaradılıb. ABŞ Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyi postsovet ölkələrində fəaliyyət göstərən bu laboratoriyaları maliyələşdirir, həmçinin sözügedən ölkələrə, o cümlədən Ermənistana müvafiq mütəxəssislər göndərir, bioloji tədqiqatlar aparır. Agentliyin illik büdcəsi 2 milyard dolları ötür.
Qeyd edilib ki, 2024-cü ilin yanvarında Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfəri zamanı Ermənistanda 13-cü biolaboratoriyanın açılması ilə bağlı Pentaqonla müqavilə imzaladığı barədə məlumat yayılıb.
“Müxtəlif mənbələrə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Göyçə, Şirak, Lori, Tavuş, Armavir, Ararat, Zəngəzur bölgələrində fəaliyyət göstərir”, ‒ erməni mediası vurğulayıb.
ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
