Erməni redaktor Paşinyanı yıxıb sürüdü: Biabırçı şəkildə məğlub oldunuz
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan son 3 ildə Azərbaycandan ard-arda elə sarsıcıdı zərbələr aldı ki, bu günə qədər də özünə gələ bilmir. Ölkədə hər kəs hələ də “nə oldu?”, “necə oldu?” suallarına cavab tapmağa çalışır.
Elə “Yerevan today” saytının baş redaktoru Svak Hakobyan kimi. O, rəsmi youtube kanalında bu mövzuya yer ayıraraq Paşinyan hökumətini sözün əsl mənasında yıxıb sürüyüb.
"Bütün günü beynimizi aparırdınız ki, silah alırıq, nə oldu? Azərbaycan təkcə İsraildən 1,2 milyard dollar dəyərində zenit-raket kompleksləri alır! Bizdə isə sapand alınıb. H1 telekanalı artıq 5-ci reportajı göstərib bu barədə... Hər aldıqları pulemyotdan bir reportaj edirlər!
Ermənistan hakimiyyəti üçün əsas odur ki, fikir yaratsın, ya da silahlanmağı imitasiya etsin. Nikol deyir ki, Ermənistan 2018-2020-ci illərdə əvvəlki 10 ildəkindən daha çox sursat alıb. Sual yaranır: madam ki, bu qədər çox aldınız, niyə belə tez və biabırçı şəkildə məğlub oldunuz? Onlara elə gəlir ki, sadəcə silahlanmaq təəssüratı yaratmaqla, hər şeyi “Facebook”da reklam etməklə düşməni çaşdıra biləcəklər...
Fransa Ukraynaya bir neçə milyardlıq silah bağışlayır, sizə isə satır. Özü də sizə silah yox, maşın-muşun. 2020-ci ildən sonra Azərbaycan Ermənistanla sərhəddə 20 hərbi hissə və 150 döyüş postu tikib, silahlı qüvvələrin sayını artırıb, bölmələr əlavə edib.
Bütün sahələrdə olduğu kimi, müdafiə üçün silah almaq işiniz sadəcə olaraq fırıldaqdır. Fransızların silahı müdafiə üçün deyil, insanların gözlərini, ağzını bağlamaq üçündür. Guya silahlanırlar. Büdcənin talayıb dağıdırlar və sonra göstərirlər ki, silah almışıq”.
Xatırladaq ki, baş redaktorun bu ittihamlarına Paşinyan hökumətindən hələ ki heç bir reaksiya verilməyib.
