Pleyeri seçin:

Ermənilər ABŞ-ni necə bir-birinə qatdı? | “Ayı pəncəsi əməliyyatı”nın detalları

15 noyabr 2024 167 baxış

ABŞ-də ermənilərin ayı paltarı geyinərək sığorta şirkətlərindən 140 min dollardan çox vəsaiti mənimsəməsi ilə bağlı misli görünməmiş fırıldaqçılığın üstü açılıb.

“Ayı pəncəsi əməliyyatı” kod adı verilən istintaq fırıldaqçılıq sxemini aşkar edib.

“CBS News”un məlumatına görə, sığorta şirkətlərindən biri yanvar ayında eyni yer üçün bir neçə iddia təqdim edildiyini aşkar etdikdən sonra müstəntiqlər hadisəni araşdırmağa başlayıblar.

İddiaçılar sığorta şirkətlərinə avtomobillərinin salonuna ziyan vuran “ayının” görüntülərini təqdim ediblər. Yaşayış binasının yaxınlığında eyni yerdə çəkilən və heyvanın avtomobillərin içərisinə daxil olaraq sürünməsini göstərən videolar diqqətlə araşdırılıb. Məlum olub ki, kadrdakı heyvan əslində ayı kostyumu geyinən insandır.

Şübhələrinin əsaslı olduğuna əmin olmaq üçün müstəntiqlər Kaliforniya Vəhşi Təbiət Departamentinin bioloqlarından kömək istəyiblər. Mütəxəssislər saxta hücumları əks etdirən hər üç videoya baxaraq bunun aydın şəkildə ayı kostyumu geyinmiş insan olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, Ruben Tamrazyan, Ararat Çirkinyan, Vahe Muradxanyan və Alfiya Tsukerman həbs edilib. Onların hər birinə sığorta dələduzluğu və sui-qəsd ittihamları irəli sürülüb.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 167 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 167 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 167 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 167 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 167 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 167 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 167 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 167 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 167 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 167 baxış
Seçilmişlər
icon