Ermənistan Fransadan silah almağa davam edəcək | Ermənistan MN
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda ilk dəfə səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.
İki ölkə arasında yeni əməkdaşlıq sazişləri imzalandıqdan sonra tərəflər mətbuata birgə açıqlamalar veriblər.
Erməni nazir çıxışında deyib ki, Ermənistan regiondakı hadisələrdən asılı olmayaraq Fransadan silah almağa davam edəcək:
“İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra da regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq Ermənistan Fransadan silah almağa davam edəcək. Ermənistan ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir.
Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır”.
Sebastyan Lekornu isə çıxışında Fransanın Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazır olduğunu deyib. Bildirib ki, rəsmi İrəvana yaxın, orta və uzaqmənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq.
Fransalı nazir hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamasa da, qeyd edib ki, onların hamısı müdafiə əhəmiyyəti daşıyır. S.Lekornu həmçinin ehtiyac yarandığı təqdirdə Fransanın Ermənistanı hava hücumundan müdafiə sistemləri üçün raketlərlə də təmin edəcəyini bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
