Ermənistan hakimiyyəti anladı ki… | Qukasyandan Paşinyanla bağlı şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“Son vaxtlar bəzi siyasi qüvvələrin səyi ilə Ermənistanın daxili siyasi gündəminə Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsi məsələsi qoyulub. Deyəsən, Nikol Paşinyan bu ideyadan imtina edib”.
Bu barədə yerli jurnalistlərlə görüşdə erməni politoloq Arman Qukasyan danışıb.
“Ermənistan hakimiyyəti anladı ki, Nikol Paşinyan əvvəlcə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinin tərəfdarı idisə, sonradan bu ideyadan imtina etdi. N.Paşinyan Aİ-yə yönəlik cavab almadığı sualları olduğunu deyib və görünür, referendum ideyasından geri çəkilib. Məncə, N.Paşinyan Ermənistanın Aİ-də xoş qarşılanmayacağını çox yaxşı başa düşüb”, – deyə A.Qukasyan qeyd edib.
Son vaxtlar aktivləşən viza rejiminin ləğvi məsələsinə gəlincə isə erməni politoloqun sözlərinə görə, bu perspektiv də çox qeyri-müəyyəndir və böyük sual altındadır:
“Çünki əslində, viza rejiminin liberallaşdırılması məsələsi əvvəlki hökumət dövründə də müzakirə olunub. Ermənistan həmişə bunun üçün çalışdığını bəyan edib, lakin indiyədək bu məsələdə irəliləyiş olmayıb”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
