Ermənistan himnində dəyişiklik olacaq? | Ermənilərlə bağlı nələr açıqlandı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Problem öz içimizdə və dünyagörüşümüzdədir”.
Bu sözləri ölkənin Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Məncə, problem dünyanı necə qavradığımıza diqqət yetirməməyimizdən irəli gəlir. Biz bunu vərdiş halına gətirmişik. Dünya inkişaf edir, dəyişir, lakin biz hələ də onu əvvəl necə idisə, elə qəbul edirik”, – deyə o qeyd edib.
N.Paşinyan nümunə olaraq ölkə himnini göstərib. Baş nazir “Himnlə bağlı dəyişiklik olub-olmayacağını soruşanları başa düşmürəm. Himnin mətnində heç nə dəyişməyəcək” ifadələrini işlədib.
Liderin sözlərinə görə, cəmiyyətin düşüncəsində real Ermənistan heç vaxt olmayıb.
“Mən belə qənaətə gəldim ki, biz real Ermənistanla tarixi Ermənistan arasında seçim edərkən əsl Ermənistanı seçməliyik. Başqa variant yoxdur”, – deyə Baş nazir vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
