Pleyeri seçin:
Ermənistan KTMT PA-nın bəyanatına qoşulmadı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan KTMT Parlament Assambleyasının Moskvada “Crocus City Hall” ticarət mərkəzindəki terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan açıqlayıb.
O bildirib ki, rəsmi İrəvana bəyanata qoşulmaq təklif edilib. Lakin ölkə təşkilatda öz iştirakını dondurduğundan təklif qəbul edilməyib.
O vurğulayıb ki, ölkənin bəyanata qoşulmaqdan imtina etməsi yalnız KTMT faktoru ilə bağlıdır.
“Faciəyə gəldikdə isə spiker öz “Telegram” kanalında başsağlığı verib, spikerin müavini Akop Arşakyan isə Cenevrədə Parlamentlərarası Assambleyasının sessiyasında çıxış edərkən terror aktını qınayıb”, – deyə Nelli Qulyan qeyd edib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
