Ermənistan Qarabağ ermənilərini qəbul edəcək: Paşinyan açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün bütün beynəlxalq mexanizmlərin formalaşdırılması üzərində işləyir. Lakin bu səylər konkret nəticə verməsə, o zaman hökumət onları ölkədə qəbul etməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bizim iştirak etdiyimiz xarici təhlükəsizlik sistemləri Ermənistanın təhlükəsizliyi və dövlət təhlükəsizliyi baxımından effektiv deyil. Ölkənin xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək üçün əlavələr etmək lazımdır. Ermənistan öz müstəqilliyini qorumaq üçün hər şeyi edəcək. Biz qarşılıqlı faydalı birgə işə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq etməliyik.
Biz 2022-ci ilin ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik. Məhz o zaman anladıq ki, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətləri bizim xarici təhlükəsizliyimizi təmin etmək üçün kifayət etmir. Biz heç vaxt müttəfiqlərimizə xəyanət etməmişik. Lakin müttəfiqlərimiz təhlükəsizlik zəifliyimizdən istifadə edərək etika, əxlaq, öhdəlik və müqavilələrə zidd olaraq qeyri-dost hərəkətlər nümayiş etdirirlər”, – o qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
