Ermənistan qarışdı: Paşinyan qurumu ləğv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın “Fly Arna” aviaşirkəti fəaliyyətini dayandırır.
Bu barədə ölkə mediası məlumat yayıb. Xəbərə görə, bununla bağlı qərar dekabrın 4-dək veriləcək. Şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi problemlərinin olduğu bildirilib.
Qeyd olunub ki, “Fly Arna”nın rəhbəri David Papazyan müvafiq ixtisası olmayan şəxsləri işə götürərək, yüksək maaşla ciddi vəzifələrə təyin edib. Bütün sənədlər və aşkar edilən qayda pozuntuları artıq Nikol Paşinyana təqdim edilib. Məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb və Baş nazir qərara gəlib ki, bu şirkət uçuşlar həyata keçirməsə, daha yaxşı olar. Bildirilib ki, bu şirkətin uğursuzluğu İrəvan meri Tiqran Avinyanla da bağlıdır, çünki o, müəssisənin yaradılmasında vasitəçi olub.
Qeyd edək ki, “Fly Arna” Ermənistan Milli Maraqlar Fondu və “Air Arabia Group” tərəfindən birgə yaradılıb. 2021-ci il dekabrın 10-da şirkət Ermənistan Milli Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət qeydiyyatına alınıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
