Ermənistan səfiri Rusiya XİN-ə təcili çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, İrəvanın qeyri-dost hərəkətləri fonunda ona etiraz notası təqdim edilib. Rusiya tərəfi Ermənistan səfirinə bloger Mikael Badalyanın və “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyanın saxlanmasından narahatlığını bildirib.
Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı bəyanatlara görə Ermənistan səfirinə etiraz notası təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Moskva Rusiya və Ermənistanın müttəfiq olaraq qalmasından çıxış edir. Rusiya Federasiyası bundan sonra da Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün bütün səylərini göstərəcək.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
