Ermənistan və Rusiya münasibətləri daha da pisləşir? | Zaxarovadan sərt açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında "Qərb izi" var".
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.
O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.
"Görünür, hələ də bəziləri başa düşmür ki, Rusiya-ABŞ münasibətlərini stimullaşdırmaq lazımdır, Rusiya-Ermənistan münasibətlərini korlamaq yox. Deyəsən, ABŞ səfirliyində bəziləri əvvəlki qaydalarla yaşayırlar. Bəlkə də, Ermənistana USAID xətti ilə ötürülən və məhz belə layihələrlə məşğul olan pul hələ bitməyib", – deyə M.Zaxarova qeyd edib.
XİN bu təxribatın Rusiya və Ermənistan arasındakı münasibətlərə təsirini istisna edib.
"Bizim Ermənistanla geniş gündəliyimiz var – təkcə müzakirə üçün deyil, konkret, tətbiqi və praqmatik iş üçün. Bunun bəzilərinə xoş gəlmədiyini də bilirik. Ona görə də konstruktiv və müsbət gündəliyə üstünlük veririk", – M.Zaxarova vurğulayıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrana səfər planlayan vətəndaşlara Moskvadan çağırış - Baku TV
- İrana səfər planlayan Rusiya vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
