Ermənistan yaralıların sayını gizlədir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı artıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi silahlı toqquşma zamanı 4 hərbçisinin yaralandığını bildirmişdi. Məsələnin əsas məqamı isə ondan ibarətdir ki, rəsmi İrəvan hər dəfə olduğu kimi itkilərinin dəqiq sayını gizlətməyə çalışır. Əslində isə həqiqət budur ki, mayın 12-də açıqlanan rəqəmlər də mayın 11-də baş verən silahlı toqquşma nəticəsində yaralananlara aiddir.
Ölkənin Müdafiə Nazirliyinin yaralı sayını az göstərməsinə və hissə-hissə açıqlamasına baxmayaraq, sosial şəbəkələrdə itkilərin də olduğu barədə məlumat yayılıb. Hətta Yerablur qəbiristanlığında yeni məzarların qazıldığı iddia edilir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
