Pleyeri seçin:

Ermənistanda ara qarışdı | Sarkisyan və Köçəryan arasında gərginliyin pərdəarxası

08 may 2025 422 baxış

Ermənistan Baş naziri Nikol Paşinyanın impiçment edilməsi ölkədə ikili hakimiyyət olanda mümkündür, bu gün belə bir vəziyyət yoxdur.

Bunu Ermənistan parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan deyib.

Həmçinin onun sözlərinə görə, ölkədə hakimiyyətə güclü ictimai təzyiq olduqda impiçment mümkün ola bilər.

Vardanyan “Veto” hərəkatının rəhbəri Narek Malyan və sabiq səfir Edqar Qazaryan tərəfindən uyğun olmayan bir zəmində irəli sürülmüş təşəbbüsü “macəra və təxribat” adlandırıb:

“İndi belə bir təkliflə deputatlara müraciət etməklə “Ermənistan” fraksiyasını şantaj etməyə cəhd edilir. Bildirirlər ki, ya Robert Köçəryanın namizədliyini irəli sürməklə onu impiçment edin, ya da Robert Köçəryanın sizin namizədiniz olmadığını qəbul edin”.

Vardanyan sabiq prezident Serj Sərkisyanın hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamasına və onun “Şərəfim Var” fraksiyasının fəallığına da diqqət çəkib:

“Onların hakimiyyət dəyişikliyi planı var. Amma “Ermənistan” fraksiyası da həmişə bəyan edib ki, heç bir müxalifət qüvvəsi təkbaşına hakimiyyəti dəyişdirə bilməz. Ona görə də bu proqramın parlamentdə təqdim edilib-edilməyəcəyinə baxacağıq. Əminəm ki, indi bu plan impiçmentə başlamaqla bağlı deyil”.

Qeyd edək ki, Nikol Paşinyanın impiçmenti təşəbbüsünə Sərkisyan və Köçəryanın bloklarının yanaşmaları fərqlidir. “Ermənistan” indi bunun üçün zəminin olmadığını bəyan edərək təşəbbüsə qoşulmaqdan imtina etsə də, “Şərəfim Var” buna bir az fərqli yanaşır. Məsələ iki keçmiş müttəfiq arasında fikir ayrılığına və gərginliyə səbəb olub. Təşəbbüsü irəli sürən Malyan və Qazaryan Serj Sərkisyana yaxınlığı ilə tanınır.

Onların Köçəryana qarşı sərt bəyanat və ittihamları “Ermənistan” blokunda narazılıq yaradıb.

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 422 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 422 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 422 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 422 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 422 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 422 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 422 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 422 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 422 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 422 baxış
Seçilmişlər
icon