Ermənistanda etirazlar alovlandı: aksiyaçılar səfirlik binasını bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən tamamilə bağlanıb.
Diplomatik nümayəndəlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə “Report” xəbər verir.
“Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”, – deyə məlumatda qeyd olunub.
#Rusiya teqi istifadə olunub
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
