Pleyeri seçin:

Ermənistanda Moldova ssenarisini təkrarlamaq üçün hazırlıq gedir | Andrey Areşev

26 fevral 2026 538 baxış

“Ermənistan xarici işlər naziri parlament seçkilərindən əvvəl Avropa İttifaqından hibrid sürətli reaksiya qrupu göndərməsini istəyib. Görünən budur ki, Ermənistanda seçkilər ərəfəsində Moldova ssenarisini təkrarlamaq üçün hazırlıq gedir”.

Bunu rusiyalı politoloq Andrey Areşev “Sputnik Ermənistan”a deyib.

“Sandu rejimi ilə Paşinyan hökuməti arasında təkcə xarici işlər nazirləri səviyyəsində deyil, həm də görünür, kəşfiyyat xidmətləri vasitəsilə sıx əlaqələr mövcuddur”, – o bildirib.

Areşevin fikrincə, söhbət seçkilər zamanı Baş nazir Nikol Paşinyan və komandasının qalib gəlməsini təmin etməkdən gedir ki, bu da geosiyasi xarakter daşıyır.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. 2025-ci ilin dekabrında Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Brüsselin Ermənistana minatəmizləmə, eləcə də hibrid hücumlarla mübarizə üçün dəstək də daxil olmaqla, bir sıra proqramlar üçün 15 milyon avro ayıracağını açıqlamışdı. Kallas İrəvanın Moskvanın seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Brüsseldən kömək istədiyini də bəyan etmişdi.

“Azatutyun”un fevralın 24-də yaydığı məlumata görə, Avropa İttifaqı Rusiyanın müdaxiləsindən yayınmaq üçün parlament seçkilərində Ermənistana kömək etməyə hazırlaşır. Bunun üçün əvvəlcə Kremlin dezinformasiyasına qarşı hibrid sürətli reaksiya qrupu göndəriləcək, daha sonra isə Ermənistanda daimi mülki missiya həyata keçirilə bilər.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də Brüsselə məktub göndərərək, hibrid təhlükələrə qarşı sürətli reaksiya qrupunun göndərilməsini tələb edib. Eyni tipli, təxminən 20 nəfərlik qrup keçən il parlament seçkilərində Moldovaya göndərilmiş və sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın vaxtında aşkarlanması və qarşısının alınmasına kömək etmişdi.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 538 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 538 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 538 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 538 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 538 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 538 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 538 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 538 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 538 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 538 baxış
Seçilmişlər
icon